banner
banner

Gündəm

Bakının kiberhücum qorxusu varmı?

Bakının kiberhücum qorxusu varmı?

Birinci Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı olan daxili və xarici qüvvələr fəallaşmağa başlayır, çirkin niyyətlərini reallaşdırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Azərbaycanın regionda və dünyada həm siyasi, həm iqtisadi, həm mədəni, həm də idman sahəsəində lider, aparıcı mövqeyə sahib olması təbii ki, gözügötürməyənləri narahat etməyə və düşmənləri qıcıqlandırmaya bilməz. 
Ona görə də qarşıdakı mötəbər beynəlxalq idman yarışmasının təşkilati və təhlükəsizlik məsələlərinə xüsusi önəm verilməlidir. Təbii ki, xalqımızın idman həyatına qızıl hərlərlə yazılacaq bu yarışın yüksək səviyyədə başa çatdırmaq əsas vəzifələrdən biridir.

Azərbaycan ilk dəfə təşkil olunacaq Avropa Oyunları ilə əlaqədar bütün təhlükəsizliklərlə yanaşı, informasiya təhlükəsizliyinə, kiber və haker hücumlarına qarşı tam təminat verən addımlar atılmalı, könül bulandıracaq hadisələrdən və hallardan qorunmaq üçün mühüm layihələr reallaşdırılmalı, haker hücumlarına qarşı mübarizə tədbirləri hər zaman prioritet olmalıdır.

Ümumiyyətlə, Avropa Oyunları ərəfəsində, yaxud keçirildiyi zaman Azərbaycana qarşı kiberhücumların artma ehtimalı varmı və bununla bağlı hansı tədbirlər görülməlidir? Bu məsələdə xarici mütəxəssislərdən faydalanmağa ehtiyac duyulurmu?

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bir müddət əvvəl mətbuata bildirib ki, I Avropa Oyunları ərəfəsində bizə müəyyən kiberhücumlar, informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən təzyiqlərin olacağı istisna ounmur: “Bütün dövlət təhlükəsizlik strukturları ilə birgə müəyyən tədbirlər hazırlamışıq ki, Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi zamanı kiberhücumlardan prinsipial ziyanlar görülməsin."

ANS PRESS-in araşdırmasına görə, indi Azərbaycan belə halların qarşısının alınması, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması istiqamətində mühüm strategiyaya sahibdir. Nəzərə alsaq ki, indiki dünyada kiberhücumlar günün reallığına çevrilib, kiber, informasiya hücumları daha çox həvəskar formada yox, dövlətlərin özləri hazırladığı professional kiber dəstələr tərəfindən edilir, ona görə hər bir dövlət buna qarşı tədbirlərini daha da gücləndirməlidir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, indi Azərbaycanın inkişafını gözü götürməyən, beynəlxalq nüfuzunun artamsına qısqanclıqla yanaşan dövlətlər var. Kənar dövlətlərdən qısqanclığın, kiberhücumların sayının artmasını önləmək üçün qabaqlayıcı tədbirlər görülür, normal infrastruktur yaradılır. İndi narahatçılığa heç bir əsas yoxdur. Çünki son illərdə Azərbaycanda bu istiqamətdə müsbət addımlar atılıb.

Ekspertlərin sözlərinə görə, Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət sektorunda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi isə qeyri-dövlət sektorunda Avropa Oyunlarının əhəmiyyətini nəzərə alaraq kiberhücumlarla bağlı qabaqlayıcı tədbirləri vaxtında görür.

Digər tərəfdən, Azərbaycan müharibə şəraitində olan ölkə olduğuna görə, kiberhücumlar dövlətin daim diqqətində saxlanılır. Hökumət bura yetərincə maliyyə və xüsusi diqqət ayırır.

Dünyada informasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyi bir vaxtda ölkəmizin Avropa Oyunları zamanı düşmənlər tərəfindən yaradıla biləcək təhlükə ilə üz-üzə qalmayacaq. Çünki kiberhücumlardan, informasiyalardan qorunmaq istiqamətində ardıcıl addımlar atılır. Bu sahədə bizim ən yüksək texnologiyalardan yaralana bilən cidddi mütəxəssislərimiz, texnologiyalarımız var. Burada xarici mütəxəssislərin fəaliyyətindən faydalanmağa o qədər də ehtiyac duyulmayacaq.

Bu sahənin mütəxəssisləri söhbət zamanı bildirdilər ki, kiberhücumlardan müdafiə ilə bağlı lazımi tədbirlər tam görülüb və Avropa Oyunları zamanı bu istiqamətdə heç bir təhlükə baş verməyəcək. Azərbaycanın bütün dövlət qurumlarının və özəlvə qeyri-özəl sektoru informasiya təlükəsizliyi təminat altında olacaq. Təbii ki, haker hücumlarına qarşı mübarizə və müdafiə tədbirləri təkcə Avropa Oyunları ilə məhdudlaşmayacaq, daim nəzarətdə saxlanılacaq.

Elektron Təhlükəsizliyi Mərkəzindən bildirilib ki, əvvəlki illərlə müqayisədə son illərdə Azərbaycana olunan kiberhücümlar artıb. Avropa Oyunları zamanı kiberfəzada hücumlar olarkən bunun kimlər tərəfindən atıldığını müəyyənləşdirmək o qədər də çətin olmayacaq. 

Xatırladaq ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına 17 gün qalır. Ölkəmizdə və Avropada ilk dəfə təşkil olunacaq bu idman yarışına hazırlıq işləri demək olar yüksək səviyyətə başa çatıb. Təbii ki, beynəlxalq miqyaslı yarışın keçiriləcəyi ərazilərin, obyektlərin mühafizəsi, idmançıların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacaq. Avropa Oyunları zamanı nəzarət-buraxılış yerlərində xüsusi yoxlama avadanlıqdan istifadə ediləcək. Bakı şəhərində 290 nöqtədə videomüşahidə kameraları quraşdırılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.