Keçmiş iş yoldaşı: “Abid Şərifov kobud adam deyil”
Baş nazirin 1-ci müavini Abid Şərifovun jurnalistlə kobud danışması mətbuatın gündəmindən çıxmır. Bu söhbət artıq internetdə, sosial mediada da cərəyan edir.
Baş nazirin 1-ci müavini Abid Şərifov növbəti dəfə jurnalistlə kobud danışıb - mayın 19-da 15 nəfərin ölümü, 60-dan çox adamın yaralanması ilə nəticələnmiş yanğından sonra binanın təmiri ilə bağlı müxbirlə onun arasında belə bir dialoq olub:
- Üzlüklər nədən olacaq?
- Nə? Üzlüklərlə bağlı indi qərar verəcəyik.
- Tikinti işlərinə hansı şirkət daxil olacaq?
- Nə?
- Tikinti işlərinə..
- Nə dəxli var səə?! Nə üçün bilməlisən ki?! Nə üçün bilməlisən ki, kimdir? – Alabala! Sonra? Sənin üçün nə fərqi var kimdir? Müəyyən olunub ki, filankəsdir, filankəsdir. Bunu da biz müəyyən edirik də. Bunun “pressaya” dəxli var, ay oğul? Sonra? Sualınız var? Allah sizi salamat eləsin, sağ olun.
Sosial şəbəkələrdə bu dialoqun videosu geniş yayılıb. İstifadəçilər “alabala”, “seenedexlivar” haştaqları yaradıb, Şərifovu tənqid edirlər, onu hətta istefa verməyə səsləyirlər.
2010-cu ildə Kür daşqınları vaxtı AzadlıqRadiosunun müxbirinin “Abid müəllim, evlərdən söz düşmüşkən, nə qədər ev uçub? Statistika varmı? Bəndin üstü ilə gəzəndə görünür ki, xeyli ev uçub”, sualına cavabında Şərifov demişdi: “ Bilirsiz, bir az sual verəndə düşünün sual verin də. İndi səni buraxım suyun içinə, get gör uçub, uçmayıb?”
Mediaya hakimiyyətin təzyiqlərinə adətən biganə qalan Mətbuat Şurasının sədri Əflatun Amaşov mayın 25-də jurnalistlərlə hörmətli davranması üçün Abid Şərifova müraciət edib.
Şərifov yorulub...
Müxalif Real hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli öz Facebook səhifəsində bu haqda yazıb:
“Bu sözlərdə nə təhqir var, nə də hörmətsizlik. Belə sözlər yorğunluğun, darıxmağın göstəricisidir. 20 ildən artıq eyni vəzifədə çalışmaq? Adam 5 ildən sonra işini dəyişmək haqqında düşünmürsə, inkişaf etmir, deməli. Bu adamlar yorulublar, darıxırlar. Vəzifədə qalmaqda məna görmürlər. Bizə, topluma, güc gəlmələrinə baxmayın. Ən vacib qərarı, özlərilə bağlı qərarı vermək gücündə deyillər. Bu adamlar istefa verə bilmirlər”.
75 yaşlı Abid Şərifov 1995-ci ildən, 20 ildir ki, baş nazirin müavinidir. Tanınmış şəxslərin profillərini hazırlayan adam.az saytının məlumatına görə, o, əmək fəaliyyətinə tikinti ustalığından başlayıb “Azərnəqliyyatyoltikinti" dövlət şirkətinin prezidenti vəzifəsinə qədər yüksəlib.
Şərifov 1995-cü ilin noyabrından baş nazirin müavinidir, nəqliyyat, rabitə, tikinti, fövqəladə hallar məsələlərinə nəzarət edir.
O peşəkardır
Abid Şərifovu hələ Sovet vaxtından tanıdığını bildirən Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Şərifov peşəkardır:
“Bizdə göydəndüşmə kadrlar var. Onun – bunun qohumu və sair. O isə işgüzar bir adamdır. Gecə -gündüz işləyən. Düzdür, indi yaşa dolub, indi bir az çətindir. Amma ki, mən onu çoxdan tanıyıram. İqtisadiyyat nazirliyində işləyəndə də təmasda olurduq. Ən güclü, professional rəhbərlərdən biri elə odur.
Abid Şərifovu daha çox sadə adam kimi xarakterizə edən Haqverdiyev deyir ki, o, kobud deyil, ola bilsin ki, jurnalistlər Şərifovu qıcıqlandıran suallar verirlər.
“İndiki hakimiyyətin zehniyyəti budur...”
Keçmiş baş nazir Pənah Hüseyn isə deyir ki, Abid Şərifov jurnalistlə bu cür davranışdan sonra istefaya getməlidir. Hüseynin fikrincə, Şərifov hakimiyyət daxilində kifayət qədər nüfuzu olan adamdır və onun belə davranışı hakimiyyətin mahiyyətini əks etdirir:
Abid Şərifovun sragağagünkü çıxışı göstərdi ki, ictimai nəzarətə, şəffaflığa hakimiyyətin nəzarəti budur. O, səmimi cavab verdi. Həqiqətən də indiki hakimiyyətin zehniyyəti bundan ibarətdir. Bu cür düşünürlər. Odur ki, bu, bir sistem böhranıdır və sistemdən çıxmaq da köklü, fundamental islahatlar tələb edir.
Keçmiş baş nazir Pənah Hüseyn belə deyir.
Beynəlxalq və yerli ictimaiyyət Azərbaycan hökumətini jurnalistlərə pis münasibətinə görə tənqid edir. Jurnalistlərin Müdafiəsi Komitəsi Azərbaycanı dünyada mətbuata ən çox məhdudiyyət tətbiq edən 10 ölkənin siyahısına salıb. Azərbaycan prezidenti və hökuməti isə ölkədə söz və mətbuat azadlığının tam təmin olunduğunu deyir
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.