banner
banner

Gündəm

“Nizami Piriyev döyülməyib”:- DİN

“Nizami Piriyev döyülməyib”:-

“Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə qaldırılmış cinayət işi üzrə təqsirli bilinərək məhkəmənin  qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Nizami Piriyevin müvəqqəti saxlama yerində (MSY) guya döyülməsi və işgəncəyə məruz qalması barədə yayılan məlumatların heç bir əsası yoxdur”.

Bunu virtualaz.org saytına açıqlamasında DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

Rəis müqavini bu məlumatı “məqsədli şəkildə uydurularaq mətbuata göndərilən” xəbər adlandırıb və onu təkzib edib: “DİN-in tabeliyində olan bütün MSY-də, o cümlədən BMCMİ-in nəzdindəki MSY-də saxlanılan şəxslər üçün müasir dünya standartlarına tam cavab verən şərait mövcuddur. Rəhbərliyin birbaşa nəzarətində olan saxlama yerlərində hər hansı qanunsuz hərəkətin törədilməsi mümkünsüzdür. Orada saxlanılan hər bir təqsirləndirilən şəxs, o cümlədən Nizani Piriyev qanuna uyğun olaraq vəkillə təmin olunur. Bundan başqa, istər yerli, istərsə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri müvəqqəti saxlama yerlərində mütəmadi olaraq monitorinqlər keçirirlər və hər dəfə də onlar öz hesabatlarında müsbət rəylərini qeyd ediblər”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.