“Bank Technique”dən AÇIQLAMA gəldi: "...dindirilməyib, saxlanılmayıb, həbs edilməyib"
“Bank Technique” kütləvi informasiya vasitələrində bir sıra əməkdaşlarının həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bankın yaydığı məlumatda qeyd olunur ki, son günlər bir sıra informasiya resursları tərəfindən "Bank Technique" ASC barəsində yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
“Bankın adı KİV nümayəndələri tərəfindən “kütləvi həbslər” və “kredit qalmaqalı” adlandırılan yazılarda qərəzli şəkildə hallanır. Bununla bağlı Bank rəsmi şəkildə birmənalı bəyan edir ki, yayılmış məlumatlar yalandır və Bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə hüquq-mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib.
Bank bu növ qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir. Bank həmin KİV nümayəndələrinə yazıları dərc edərkən peşəkarlıq səviyyələrini qorumağı, KİV haqqında qanunun müddəalarına riayət etməyi tövsiyə edir və bankın mətbuat üçün daim açıq və şəffaf olduğunu diqqətə çatdırır”, - deyə bankın məlumatında qeyd edilir.
Qeyd edək ki, haqqın.az saytı "Bank Technique"nin Müşahidə Şurasının sədri Rövşən İsmayılov, Müşahidə Şurasının üzvü Rauf Ağayev və "Xəzər" filialının direktoru Fərid Məmmədovun saxlanılması barədə xəbər yaymışdı.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.