banner
banner

Gündəm

Ermənilər Azərbaycan rəqsini oğurladı

Ermənilər Azərbaycan rəqsini oğurladı
Rusiyanın Rostov Don şəhərində 1500-dən çox erməni əl-ələ verərək 30 dəqiqə durmadan “Köçəri” yallısı oynayıblar. 
Cia.az-ın məlumatına görə, gənjlərin, uşaqların və yaşlıadamların dəstəsinə Ermənistanın baş konsulu Ararat Qomsyan və Naxiçevan-Don erməni ijmasının başçısı Arutyun Surmalyan qoşulub. Ermənilər “Köçəri” yallısını erməni rəqsi kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına salmaq üçün bu aksiyanı keçiriblər. Bununla da tarixən Qərbi Azərbayjanda - İrəvan çuxurunda, Ağbabada və Göyçə mahalında yaşayan türklər tərəfindən ifa edilən bu rəqsi ələ keçirmək istəyirlər. 



Bu rəqs Ermənistan SSR-də yaşayan yerli türk əhalinin - azərbaycanlıların toylarının əsas musiqisi idi. Qərbi Azərbaycan toylarında əsasən 3-4 musiqi daha populyar idi - “Köçəri” yallısı, “Atlandırma”, “Tərəkəmə” və “Giziroğlu” əsas rəqs havaları idi. 

Görünür, 1828-ci ildə İrəvan xanlığı Rusiyanın nəzarətinə keçdikdən sonra regiona köçürülmüş ermənilər bu rəqsi dillərini və mədəniyyətlərini çox yaxşı bildikləri Azərbaycan türklərindən götürüblər. 1828-ci ildə İrəvan xanlığının əhalisinin təxminən 5 faizi erməni olub və ermənilər bir neçə mərhələdə köçürüldüyünə görə, hətta 1988-ci ildə belə ermənilərin əksəriyyəti avtoxton əhalinin dilini - Azərbaycan dilini bilirdi. Ermənilər “Köçəri” rəqsinin adının türkcə olduğunu da etiraf edirlər, amma bunun türk sözü olan “qoç” sözündən yarandığını iddia edirlər, yəni qoç ərlərin rəqsi. Ermənilərlə yanaşı 1828-ci ildən sonra Qərbi Azərbaycana köçmüş yəzidi kürdləri də “Köçəri”ni öz milli rəqsləri sayırlar. 

Azərbaycanın “Köçəri” yallısı


Ermənilərin “Koçari” rəqsi 



Yəzdi kürdlərinin “Koçari” rəqsi 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.