May ayının19-da Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı icra başçısı Xaləddin İsgəndərov prokurorluq əməkdaşları tərəfindən sorğu-sual edilməsi xəbəri yayılıb. Bununla bağlı Binəqədi rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, hadisəyə görə aidiyyatı qurumların 100-ə yaxın əməkdaşı sorğu-sual edilib. Onun sözlərinə görə, istintaqa kömək məqsədilə Xaləddin İsgəndərov da verilən sualları cavablandırılıb. Lakin Xaləddin İsgəndərov istintaqa cəlb edilməyib", - deyə Nuridə Allahyarova bildirib.
Nuridə Allahyarova bildirib ki, hadisə ilə bağlı artıq qurumun keçmiş əməkdaşları saxlanılıblar: “Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər var ki, onlar artıq həbs edilib. Həbs edilənlər arasında qurumun keçmiş əməkdaşları Ədalət Rəcəbov və Qəzənfər Novruzov da var".
Qeyd edək ki, may ayının 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada baş verən dəhşətli yanğında 15 nəfər dünyasını dəyişib, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.