Nərimanov rayonundakı “Keşlə bazarı” sökülə bilər. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Cia.az-ın məlumatına görə, bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunları ilə əlaqədar həmin yolun Milli Olimpiya Stadionu ilə Atletlər kəndini birləşdirən hissəsi artıq inşa edilib:
"Lakin yolun davamının çəkilməsi işləri hələ qalıb. Layihəyə görə Həsən Əliyev küçəsinin davamının keçəcəyi ərazilərdə bazardan başqa yaşayış və qeyri-yaşayış obyektləri də yerləşir. Onların da sökülməsi istisna edilmir. Lakin layihənin icrası hələ qalıb. Yəni işlərin nə vaxt başlanacağı və nə vaxt tamamlanacağı bəlli deyil. Çünki daxili investisiya hesabına maliyyələşən layihələrə yenidən baxılması nəzərdə tutulur. Yalniz bundan sonra məsələ ilə bağlı konkret fikir söyləmək olar. Ola bilər ki, heç bir söküntü işi aparılmasın”.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, “Keşlə bazarı”nın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır. Obyektin söküləcəyi ilə bağlı bazarda çalışanlar da məlumatlandırılıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.