banner
banner

Gündəm

Baş Qərargah rəisindən şok açıqlama: O ölkə yox olacaq

Baş Qərargah rəisindən şok açıqlama:

İran Baş Qərargah rəisi general Həsən Firuzabadi Yəmən məsələsi ilə bağlı danışıb.

IRNA agentliyinin yaydığı məlumata görə, Dezful şəhərindəki bir mərasimdə danışan Firuzabadi Səudiyyə Ərəbistanının Yəmənə hücumunu "Səud xanədanlığının qürurundan" qaynaqlandığını deyib.

Firuzabadi ərəb ölkələrinin həyata keçirdiyi əməliyyatda ABŞ-ın təsiri olduğunu söyləyib: "ABŞ illərdir bölgədə bir çox təxribatlar edib. Hər dəfə də xalqların müqaviməti qarşısında məğlub oldu. Biz heç bir ölkədə müharibə istəmirik. Ancaq İslami dəyərləri və dünya məzlumlarını müdafiə etməyə hazırıq". 

Firuzabadinin sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənə hücumu bu ölkə xalqına böyük zülmdür: "Bu zülm Səudiyyə Ərəbistanının yox olmasına səbəb olacaq". 

Qeyd edək ki, husilərin Yəməndə hakimiyyəti devirəndən sonra Səudiyyə Ərəbistanının rəhbərliyi altında 10 ərəb ölkəsinin yaratdığı hərbi koalisya Yəmənə qarşı əməliyyata başlayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.