Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin birlik, birləşmə və bölmələrində döyüşə hazır vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı ələqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilən təlimlər istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunur.
Təlimlərdə iştirak edən birləşmə və bölmə komandirləri qoşunların idarə olunmasını, şəxsi heyət isə silahların düzgün tətbiqi, döyüş texnikasının istismarı bacarığı və vərdişlərinin artırılması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. Şəxsi heyətin əldə edəcəyi bilik və bacarıqlar gələcək döyüş fəaliyyətlərində məharətlə tətbiq olunacaq.
Yüksək bacarıq və döyüş hazırlığı ilə fərqlənən tank, PDM, artillerya qurğularının heyətləri, hava hücumundan müdafiə və motoatıcı bölmələrin şəxsi heyəti təlim rəhbərliyi və komandanlıq tərəfindən həvəsləndiriliblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.