Azərbaycan Energetika Nazirliyində Dövlət Xüsusi Mühafizə Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə BP şirkətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, iclasda Nazirlər Kabinetinin tapşırığı əsasında Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi istiqamətində xüsusi mühafizə zolağının yaradılması ilə bağlı Dövlət Xüsusi Mühafizə Xidmətinin irəli sürdüyü təkliflər müzakirəyə çıxarılıb.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından hasil edilən qazın Gürcüstan və Türkiyəyə nəqli məqsədilə inşa edilən Cənubi Qafqaz boru kəmərinin əhəmiyyətindən danışan energetika naziri Natiq Əliyev layihə üzrə işlərin plan əsasında nəzərdə tutulmuş vaxtdan əvvəl yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət məqsədilə bu kəmər də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə eyni tikinti dəhlizində inşa olunub.
Boru kəmərinin uzunluğu 691 km-dir. Bunun 443 km-i Azərbaycana, 248 km-i isə Gürcüstana aiddir. Neft-qaz layihələrinin 30 ilə hesablandığı əsas gətirilərək Qərb istiqamətində tikiləcək 86 keçidin saxlanması təklif edilir. Xüsusi Dövlət Mühafizə Xidməti kəmərin təhlükəsizliyi məqsədilə görülən işlərin yüksək səviyyədə təmini və asanlaşdırılması, habelə xərclərə qənaət məqsədilə keçidlərin müvəqqəti deyil, uzunmüddətli tikilməsini vacib hesab edir. İclas zamanı bu sahədə qarşıda duran perspektivlərə diqqət yönəlib, irəli sürülən bütün təkliflərin mövcud qayda və standartlara uyğunluğunun araşdırılması, vəziyyətin birgə təhlilindən sonra işçi qrupu tərəfindən yekun təkliflərin hazırlanaraq təqdim olunması qərara alınıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.