banner
banner

Gündəm

Həbsdəki oliqarxlarla görüş olacaq

Həbsdəki oliqarxlarla görüş olacaq

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov may ayının 29-da saxlanılan tanınmış iş adamları və keçmiş məmurlarla görüşəcək. Bu barədə Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, may ayının 29-da ilk görüşəcəyi şəxs Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov olacaq.

“Görüşdə ilk öncə onun səhhətilə maraqlanacağam. Barəsində yürüdülən ittihamlar barədə Rəşad Məmmədovun fikirlərini öyrənəcəyəm. Özünü ittiham olunduğu maddə ilə günahkar bilib-bilməməsini soruşacağam. Həmin gün digər saxlanılmış şəxslərlə də görüşmək niyyətim var”, - deyə Elçin Behbudov bildirib.

O əlavə edib ki, iyun ayında mətbuat konfransı keçirəcək. Mətbuat konfransı xaricdə fəaliyyət göstərən insan hüquqları təşkilatlarının Azərbaycana qarşı yürütdüyü qərəzli mövqe və onların qeyri-düzgün hesabatları müzakirə olunacaq. Görüşdə həmçinin Azərbaycanda saxlanılan keçmiş məmurlar barədə də fikirlər müzakirə olunacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.