Teleaparıcı Tunay Əliyeva “Gün üzü" verilişinin qonağı olub. Teleaparıcı ailə qura bilməməsinin səbəblərini açıqlayıb:
“İdeal saydığım kişini tapa bilmədiyim üçün ailə qura bilmirəm. Mənim üçün ideal kişi müasir, azad düçüncəli, mənə azadlıq verən, fikirlərimə hörmətlə yanaşan şəxsdir. Bir az modernləşmiş, klassik Azərbaycan kişisi ilə evlənmək istəyirəm. Azərbaycan kişisi məni qəbul etmir. Məni bəyənəni mən bəyənmirəm, mənim bəyəndiyim isə məni bəyənmir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.