banner
banner

Gündəm

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş gəlirlər

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş gəlirlər

Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müzakirə edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mayın 27-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Baş Prokurorluğun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Bakı şəhər prokurorluğunun və Baş İdarənin əməkdaşlarının iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” mövzusunda konfrans keçirilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə istiqamətində həyata keçirilən işlərə dair ətraflı məlumat verib. O, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq və metodologiya şöbəsinin rəisi Nurlan Babayev “Pulların leqallaşdırılması cinayətinin cinayət-hüquqi xarakteristikası”, həmin şöbənin əməkdaşı Azər Abbasov “Pulların leqallaşdırılması və korrupsiya cinayətlərinin oxşar və fərqli cəhətləri”, “Pulların leqallaşdırılması cinayəti üçün əsaslar və tipologiyalar” adlı məruzələr ediblər.

Tədbirdə mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.