Birlik ideyası iflas olur; Moqerini bu ideyaya təzədən baxmağı təklif edir; Azərbaycan və Türkiyənin iradları öz təsdiqini tapmaqdadır...
Avropa Birliyinin (AB) mötəbər təşkilat olaraq heç də yaxşı dönəm yaşamadığı artıq sirr deyil. Hətta bir sıra müşahidəçilər Ukrayna böhranından və Rusiyaya qarşı sanksiyalar gündəmə gələndən sonra AB-nin öz daxilində də ciddi ziddiyyətlərin baş qaldırdığı qənaətindədirlər.
Bu arada qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini maraqlı açıqlama ilə çıxış edib.
Xanım Moqerini bildirib ki, Polşadakı prezident, İspaniyadakı bələdiyyə seçkilərinin nəticələri, habelə Yunanıstandan və Böyük Britaniyadan gələn xəbərlər Avropa Birliyi ideyasını təzədən nəzərdən keçirmək zərurəti yaradıb.
“Polşa və İspaniyadakı seçkilər - hərçənd nəticələr müxtəlifdir - həmçinin Yunanıstandan və İngiltərədən gələn xəbərlər diktə edir ki, əgər biz qurucu-atalarımızın layihəsini qoruyub saxlamaq istəyiriksə, o zaman birgə mövcudiyyətimizin üsuluna təzədən baxmaq üçün real zərurət var” - deyib siyasətçi. AB diplomatiyasının başçısı Avropada bu zaman xüsusilə də müxtəlifliyin təməl dəyərlərini saxlamağın vacibliyini qeyd edib.
Xatırladaq ki, Polşada prezident seçkilərində avroskeptik Anjey Duda qalib gəlib ki, bu da ilin axırında təzələnməsi nəzərdə tutulan hökuməti narahat edib. İspaniyada isə regional və yerli seçkilər yeni siyasi qüvvələrin - ultra-solçu “Podemos” partiyasının qələbəsi ilə başa çatıb. Bu partiya Avroatlantik birliyini sərt tənqid edir və rusiyayönlü baxışları bölüşür. Digər qalib qüvvə - “Ciudadanos” hərəkatını da avroskeptiklər formalaşdırıb.
Böyük Britaniyada isə xeyli müddətdir AB-ni tərk eləməklə bağlı çağırışlar səslənir, bu ölkədə AB əleyhdarları güclü təbliğat kampaniyası aparırlar. Yəni artıq kifayət qədər mühüm olan 4 üzv ölkədə - Böyük Britaniya, İspaniya, Yunanıstan və Polşada Avropa Birliyi ideyasına elektoratın baxışı ciddi dəyişikliyə məruz qalıb. Əks halda, seçkilərdə Avrointeqrasiya əleyhdarları qalib gəlməzdilər.
Avropa Birliyi ideyası hələ ki, tam iflas olmasa da, Türkiyənin quruma üzvlüyünə və saxta soyqırım məsələsinə münasibətdə, habelə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində AB-nin nümayiş etdirdiyi ikili standartlarda da özünü əhəmiyyətli dərəcədə gözdən salıb.
Son olaraq Azərbaycanın ərazi bütövlüyü məsələsinə və erməni işğalı faktına göstərilən, Riqa sammitinin yekun sənədində əks olunan laqeydlik, Dağlıq Qarabağa dair BMT qətnamələrini sənədə daxil edilməsindən imtina olunması haqlı olaraq Azərbaycanı da narazı salıb, Bakını qurumla bir az daha böyük məsafə saxlamağa vadar edib.
Dünən isə bəlli olub ki, Azərbaycan və Belarus Avropa Xarici Siyasət Xidmətinə etiraz məktubu göndərib. Məktubda “Şərq Tərəfdaşlığı” Sammitinin yekun bəyannaməsinə etiraz edilir. Lakin məktubların mətni açıqlanmır. Xatırladaq ki, bazar ertəsi Azərbaycanın Xarici İşlər Nazirliyi bildirmişdi ki, sammitin yekun bəyannaməsinin müəllifləri ikili standartlardan yan keçə bilməyiblər.
“Bakı Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aydın və birmənalı mövqe nümayiş etdirməyi gözləyir”, - deyə XİN bəyanatda qeyd edilirdi.
Son hadisələr, üstəgəl Rusiya işğalına qarşı vahid və təsirli konsepsiyanın ortaya qoyulmaması Moqerinin təklifinin yetərincə aktual olduğunu göstərir. Avropa Birliyi ideyasına təzədən baxmağın zamanı yəqin ki, yetişib. Ancaq əgər yeni ideya da “xristian klubu” ideyasından mənbə götürəcəksə, müsəlman ölkələr olan Türkiyə və Azərbaycana başqa, işğalçı Ermənistana isə xristian olduğu üçün başqa gözlə baxılacaqsa, o zaman önümüzdəki illərdə ciddi keyfiyyət dəyişikliklərindən danışmağa dəyməyəcək və ideyanın iflası tezləşəcək.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.