banner
banner

Gündəm

Qaz müharibələri: ABŞ Kremlin layihəsini əngəlləyir, iki Balkan ölkəsi Azərbaycan borusuna üz tutur

Qaz müharibələri:

ABŞ-la Rusiya arasında az qala “soyuq müharibə” dövrünün “ulduz müharibələri”ni xatırladan qaz müharibəsində vəziyyət dəyişir.

Qərb Makedoniya müxalifətini küçələrə çıxarandan və bu kiçik Balkan ölkəsində rəngli inqilab prosesini başladandan az sonra rusiyameylli baş nazir Kremlin qaz kəməri layihəsinə dair fikrini dəyişib.

Baş nazir Nikola Quryeviç bəyan edib ki, Makedoniya “Türk axını” qaz kəmərinin öz ərazisindən keçməsinə ancaq bir şərtlə razılıq verəcək: Rusiya və Avropa İttifaqı bu barədə öz aralarında razılığa gəlsinlər.

Bundan əvvəl Nikola Quryeviç Makedoniyanın “Türk axını” kəmərinə qoşulacağını bildirmiş və bu layihəyə dəstək vermişdi. Makedoniya “Türk axını” layihəsində strateji əhəmiyyət kəsb edir. “Qazprom”un hazırda təkbaşına tikintisinə başladığı kəmər Türkiyənin Yunanıstanla sərhədinə çıxandan sonra Makedoniya ərazisindən keçərək oradan Avropanın mərkəzinə istiqamət almalıdır.

ABŞ “Türk axını” layihəsinə qarşıdır və Yunanıstana, habelə Makedoniyaya təzyiq edir ki, həmin layihədən uzaq dursunlar. Məhz Makedoniya hökuməti “Türk axını”ına dəstək verəndən sonra bu ölkə hökuməti haqda kompromatlar müxalifətə sızdırıldı. Habelə ABŞ-ın Balkanlardakı forpostu olan Kosovodan sızan yaraqlılar ölkənin sərhəd bölgəsində polislə toqquşmaya girdi.

Makedoniya müxalifətinin küçələrə çıxaraq hökumətin istefasını tələb etməsindən sonra baş nazir Quryeviç də öz tərəfdarlarını küçələrə çıxardı.

Qərb mətbuatı yazır ki, hökumətə dəstək nümayişinə çıxanların əllərində Rusiya bayraqları, əyinlərində Putinin şəkli olan “futbolka”lar olub. Buna baxmayaraq Makedoniya baş naziri Rusiyanın adamı olduğunu təkzib edərək bildirib ki, o, Avropa inteqrasiyası tərəfdarıdır. “Türk axını” layihəsinə isə ancaq Brüssellə Moskvanın öz aralarında razılığa gəlməsindən sonra qoşula bilər.

Analitiklərin qənaətinə görə, əslində “Türk axını” Makedoniyadan yan keçə bilməz. Buna baxmayaraq Makedoniyanın özünün bu layihəyə marağı azdır. Çünki ölkənin qaza olan tələbatı cəmi 150 milyon kubmetrdir və onu da Rusiyadan alır. Üstəlik Avropada ən baha qiymətə.

Bu  üzdən Makedoniya TAP kəməri ilə nəql olunacaq Azərbaycan qazına çıxış əldə etməyi planlaşdırır.

Rusiyanın baş tutmayan “Cənub axını” layihəsinin keçmiş iştirakçısı olan Serbiya da “Qazprom”dan asılılığı azaltmaq planlarını elan edib. Baxmayaraq ki, Rusiya bu ölkəyə güclü təsir imkanlarına malikdir və bir neçə həftə əvvəl xarici işlər naziri Sergey Lavrov Belqrada səfər etmişdi.

Serbiyanın baş naziri Aleksandr Vuçiç “Assoşieyted Press”ə müsahibəsində deyib ki, onun ölkəsi zərbaycan qazını Avropaya nəql edəcək TAP kəməri layihəsinə qoşulmağa hazırdır.

“Biz Serbiya üçün qaz təchizatını şaxələndirməyə hazırıq, bu, bizim amerikalı dostlarımız üçün də çox mühümdür” - deyə baş nazir bildirib.

ABŞ Serbiyaya təzyiq edərək “Qazprom”dan asılılığı azaltmağa və Azərbaycan qazını Avropaya nəql edəcək kəmərə qoşulmağa çağırır. Baş nazir deyib ki, Serbiya qaz təchizatını şaxələndirməklə balanslaşdırılmış siyasət aparmır.

Aleksandr Vuçiç

“Bizim yolumuz Avropadır”- deyə Aleksandr Vuçiç bildirib.

Beləliklə, ABŞ-ın bu iki Balkan ölkəsinə güclü təzyiqləri nəticə verir və Rusiya ən azından indiki mərhələdə “qaz müharibəsi”ni uduzur. Serbiya və Makedoniya Rusiyanın yox, ABŞ-ın çağırışlarını eşidir.

Təsadüfi deyil ki, Makedoniya baş nazirinin “Türk axını” kəmərinə dair mövqeyini dəyişməsindən sonra Rusiyada onu Yanukoviçlə müqayisə edirlər. Viktor Yanukoviç  Rusiyanın təzyiqləri qarşısında Avropa İttifaqı ilə Assosiasiya sazişini təxirə salanda Kiyevdə onun devrilməsi ilə nəticələnən Avromaydan hərəkatı başladı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.