banner
banner

Gündəm

“Borcumun bir hissəsini qaytardım” – Nizami Piriyev

“Borcumun bir hissəsini qaytardım” –

Ötən gün həbsdən azad olunan iş adamı Nizami Piriyev açıqlama yayıb. 

Onun rəhbərlik etdiyi AzMeCo şirkətinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, iyun ayının əvvəlindən AzMeCo şirkətinə məxsus metanol zavodu öz fəaliyyətini bərpa edəcək: “Rəhbəri olduğum Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyim üçün başlanmış cinayət işi üzrə 08 may 2015-ci il tarixdə həbs edilmişdim. İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi.

Hal-hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm. Həbsdən azad olunmağımla bağlı son günlərdə mətbuata verilmiş informasiyalar həqiqəti əks etdirmir. Ona görə də mən bunları kimlərinsə yaranmış şəraitdən sui-istifadə edərək cəmiyyətdə özlərinə “nüfuz” toplamağa cəhd göstərməsi kimi dəyərləndirirəm.”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.