Bayraq Meydanının keçmiş rəisi: “Mənim erməni qohumum yoxdur”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün həbsdə olan Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşüb. Elçin Behbudovun verdiyi məlumata görə, görüş Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında keçirilib. Hüquq müdafiəçisi bildirib ki, keçmiş rəislə birgə daha 2 nəfərlə də görüşüb.
“Təcridxanada saxlanılan 1971-ci il təvəllüdlü İsfəndiyar Sabir oğlu İsfəndiyarov, 1965-ci il təvəllüdlü Arzu Ümid oğlu Məmmədov və 1971-ci i təvəllüdlü Rəşad Rəfael oğlu Məmmədovla görüşdüm. Görüş zamanı onların saxlanma şəraitilə tanış oldum. Saxlanılanlar bildirdilər ki, onlara qarşı heç bir zorakılıq və təzyiq olunmur. Onlar istintaqın gedişatından narazı olmadıqlarını qeyd etdilər”, - deyə Elçin Behbudov bildirib.
Hüquq müdafiəçisi haqqında müxtəlif söhbətlər gəzən Rəşad Məmmədovdan bəzi açıqlamalar da alıb. Ermənilərlə qohumluğu olduğu iddia edilən R.Məmmədov görüş zamanı qaranlıq məsələlərə aydınlıq gətirib. “Dediki, barəsində deyilənlərin hamısı yalandır. Onun heç bir erməni qohumu yoxdur”.
Qeyd edək ki, hər 3 saxlanılan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci dələduzluq maddəsilə cinayət işi başlanıb.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.