banner
banner

Gündəm

Londonun lord-meri Bakıya gəlir

Londonun lord-meri Bakıya gəlir

Azərbaycan Böyük Britaniyanın ən vacib regional tərəfdaşlarından biridir. 
Bunu Londonun lord-meri Alan Yarrou Bakıya səfəri ərəfəsində deyib.
Onun sözlərinə görə, ticarətin inkişafı, dövlətlər arasında ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün imkanlar mövcuddur: “Ümid edirəm ki, mənim və iş adamlarından ibarət nümayəndə heyətinin səfəri Azərbaycan və Britaniyanın biznes ictimaiyyəti arasında qapıları açacaq. Bu, qarşılıqlı mənfəətə səbəb olacaq. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün bir çox imkanlar - əsas infrastruktur layihələrində məsləhətləşmələr və təcrübə, özəlləşdirmə və s. mövcuddur”.

Londonun lord-meri A.Yarrou gələn həftə Bakıya səfər edəcək.

Lord-meri Azərbaycanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

A.Yarrounun Bakıda “Deloyt” şirkəti ilə birgə keçiriləcək “London Fond Birjasının maliyyə bazarları üzrə forum”da iştirak edəcəyi gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.