banner
banner

Gündəm

Dəmir Yollarından deputata Rəsulzadə cavabı

Dəmir Yollarından deputata Rəsulzadə cavabı

Milli Məclisin ötən günüki iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı fikirlərinə “Azərbaycan Dəmir Yolları” ASC-dən cavab gəlib. 
ASC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Cia.az-ın açıqlamasında bildirib ki, Sabir Rüstəmxanlının burada M.Ə. Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. 

O, qeyd edib ki, millət vəkili Musa Quliyevin fikirlərinə hörmətlə yanaşsaq da, bəzi dəqiqləşdirmələr aparmağa ehtiyac duyulur. 

Qeyd edək ki, millət vəkili Gəncədə M.Ə.Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiya olduğunu demişdi. "Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər S. Rüstəmxanlının ürəyi yanırsa, Nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin.”

N.Əzməmmədovun sözlərinə görə, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il qərarına görə Azərbaycan Dəmir Yolunun balansında olan Gəncə, Sumqayıt, Əli Bayramlı, Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Göoranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyatı üzrə şəhər və rayon icra hakimiyyətilərinin balansına verilməlidir.

"Bu Sərəncama əsasən, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib. Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-ci ildə ASC-yə göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yolunun balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilib.

Hazırda Gəncədəki Məmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiri parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə heç bir aidiyyatı yoxdur. Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikiniti işlərini həyat keçirən təşkilatdır".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.