Qalmaqallı parkın sahibi kimdir? – “Bizə aidiyyəti yoxdur”
“Gəncədə parkda aparılan tikinti işlərinin dəmir yoluna heç bir aidiyyəti yoxdur”.
Cia.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. O, qeyd edib ki, Milli Məclisin 29 may 2015-ci ildə keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin təhqir edilməsi ilə bağlı fikirlərinə münasibət bildirmişdi: “Sabir Rüstəmxanlının M.Ə.Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Bu, yalan informasiyadır və həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən, o bağın Gəncə şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir”.
N.Əzməmmədov bildirib ki, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li sərəncamına əsasən, Azərbaycan Dəmir Yollarının balansında olan Gəncə, Sumqayıt, Əli Bayramlı (indiki Şirvan), Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Goranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyəti üzrə şəhər və rayon icra hakimiyyətilərinin balansına verilməlidir: "Bu sərəncama əsasən, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib. Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-cü ildə QSC-yə göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yollarının balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilib".
Onun sözlərinə görə, hazırda Gəncədəki Məmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiyi parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə heç bir aidiyyəti yoxdur: "Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikiniti işlərini həyat keçirən təşkilatdır".
Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Naqif Həmzəyev isə parkın icra hakimiyyətinin balansında olmadığını bildirib: “Sözgüdən parkda uzun müddətli təmir gedir və bu park birbaşa Dəmir Yolu İdarəsinə tabedir. Həmçinin təmir də onlar tərəfindən həyata keçirilir və bu məsələdə Məhəmməd Əmin Rəsulzadəyə qarşı heç bir hörmətsizlik edilməyib. Təmir müddətində abidənin qorunması üçün üzərinə örtük çəkilməlidi və bu həmin abidənin qorunması üçün edilib. Bunu hörmətsizlik kimi qəbul etmək olmaz”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.