ABŞ-da polis sürücünü daşqından xilas etdikdən sonra güllələdi
ABŞ-ın Oklahoma ştatında polis əməkdaşı daşqından xilas etdiyi şəxsi güllələyib.
Su altında qalan avtomobildən çıxarılan iki şəxsdən biri qəfil məlum olmayan səbəbdən onu xilas edən polisə hücum etdiyindən, asayiş keşikçisi silahdan istifadə etməyə məcbur olub. Güllə yarası alan şəxs hadisə yerində keçinib. Polis xilas olunan şəxslərdən birində silah olduğunu iddia edir.
Məlumata görə, insident Okmalqi dairəsində baş verib. İnsident zamanı polis əməkdaşı xəsarət almayıb.
Qeyd edək ki, bölgədə bir neçə həftədir ki tüğyan edən daşqınlar nəticəsində 28 nəfər ölüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.