banner
banner

Sosİal

Bu gündən qadağa başladı – Evlənənlər üçün

Bu gündən qadağa başladı –

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi ilə bağlı tələblər bu gün qüvvəyə minir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçəcəklər. Ailə qurmağa hazırlaşan hər kəs həmin siyahıdakı xəstəliklər üzrə klinik və laborator müayinələrdən keçəcək, onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər veriləcək.

 

Bu qaydalar nikaha daxil olmaq isləyən, ölkəmizdə daimi yaşayan vələndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil ediləcək.

 

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında Mərkəzi Rayon xəstəxanaları və ya Şəhər xəstəxanalarının, Şəhər Səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçiriləcək. Müayinələr pulsuz olacaq. Bu işə nəzarət həmin müəssisələrin rəhbərlərinə həvalə olunub.

 

Əgər ailə quran tərəflərdən biri azadlıqdan məhrum edilibsə, həmin şəxsin müayinəsi və ona lazımi məsləhətlərin verilməsi cəzaçəkmə müəssisəsinin tibb xidmətinin üzərinə düşəcək.

 

Nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinələrin nəticələri haqqında ayrı-ayrılıqda məlumat veriləcək və onlar bu barədə bir-birini məlumatlandıracaqlar.

 

Cütlüyə onların yazılı razılıqlarına əsasən həkim məsləhəti veriləcək, lazım gələrsə, onlar tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması üzrə konsultasiya olunacaqlar. Onlara müayinələrinin cavabları ilə yanaşı, tələb olunan quruma təqdim etmək üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da təqdim ediləcək. Arayış nikaha daxil olmaq isləyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonrakı iki həflə ərzində veriləcək və onun etibarlılıq müddəti bir aydır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.