Tarkandan sonra Murad da səhnəyə belə çıxdı - FOTOLAR
Müğənni Murad Boz mədəniyyət festivalı çərçivəsində keçirilən konserti zamanı təşkilatçıları əsəbləşdirib. 6 il Tarkanın vokalistliyini edən müğənni həmkarı kimi onun üçün də səhnədə lift quraşdırılmasını istəyib. “Lift olmayacaqsa, oxumayacam” deyən Murad istəyinə çatıb və səhnəyə liftlə çıxıb. 50 min tamaşaçıya konsert verən ifaçı orkestri üçün də VİP avtomobillər, səhnə arxasına geniş ekranlı televizor tələb edib.
Azan oxunarkən ifasını yarımçıq kəsən M.Boz “Hörmətsizlik etmək istəmirəm” deyib. Onun bu hərəkəti alqışlarla qarşılanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.