banner
banner

Gündəm

Ziya Məmmədov oğlu haqda - DANIŞDI

Ziya Məmmədov oğlu haqda -

Nəqliyyat naziri Anar Məmmədov barədə yayılan xəbəri təkzib etdi: “Əks təqdirdə sizi şəxsən özüm məhkəməyə verəcəm” 

Nəqliyyat naziri Ziya Məmmədov “Yeni Müsavat”a təkzib mesajı yollayıb. Onun bu mesajını musavat.com-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov çatdırıb. 
Nazir bildirib ki, “Yeni Müsavat”da “Anar Məmmədovun prezidentin rəsmi qəbulunda nə işi varmış?” başlıqlı yazıda yanlışlığa yol verilib: “Yazıda bildirilir ki, guya Anar Məmmədovu o tədbirə mən aparmışam. Bu iddia doğru deyil. Oğlumun o tədbirdə iştirakından xəbərim belə yoxdu. Anar Məmmədov ictimai fəaliyyətlə məşğuldur. O, Azərbaycan Amerika Alyansının rəhbəridir, Makedoniyanın Azərbaycanda fəxri konsuludur. 28 may Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbula dəvətnamə ilə çağırılıb, lazım gəlsə həmin dəvətnaməni mətbuata təqdim edə bilərik. Bunları ona görə deyirəm ki, məsələ yazıda təqdim olunduğu kimi deyil, mən oğlumun əlindən tutub o tədbirə aparmamışam”. 

Nazir bildirib ki, bu haqda təkzib verilməsə şəxsən özü “Yeni Müsavat”ı məhkəməyə verəcək. 
 
Xatırladaq ki, qəzetin 30-31 may, 2015-ci il tarixli sayında nəqliyyat nazirinin oğlu, “Garant Holding”in təsisçisi Anar Məmmədovun mayın 27-də “Buta” sarayında Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda iştirakı haqda xəbər dərc edilib.  
 
Xəbərdə bildirilir ki, nazir oğlunun ali dövlət tədbirinə qatılması diqqətdən yayınmayıb. A.Məmmədovun bu cür törəndə hansı statusla iştirakı tədbirdə olanlar arasında sual yaradıb. 
 
Yazıda iddia olunur ki, onun həmin tədbirdə iştirakını atası Ziya Məmmədov təşkil edib. Nazirin öz oğlunu deputat etmək istədiyi üçün onu indidə bu cür tədbirlərə apardığı da xəbərdə öz əksini tapıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.