banner
banner

Gündəm

Mehriban Əliyeva körpələr evində - FOTOLAR

Mehriban Əliyeva körpələr evində -

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə Bakının Nizami rayonundakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub.

Cia.az-ın AzərTac-a istinadən xəbərinə görə, birinci xanım Mehriban Əliyeva əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış olub. Yeni korpusun istifadəyə verilməsi Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun balacalara növbəti hədiyyəsidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, 110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir.
 
Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn Mehriban Əliyeva onlarla söhbət edib. Uşaqlar da hər dəfə olduğu kimi, birinci xanım Mehriban Əliyevanın ətrafına toplaşıblar və öz məharətlərini göstərməyə çalışıblar.

Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın kollektivinə uğurlar arzulayıb.

Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəlib. Azərbaycanın birinci xanımına məlumat verilib ki, 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü və dəstəyi ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində səmərəli tədbirlər görülüb.

 
 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.