Zakir Həsənov Qırğızıstanın baş naziri ilə görüşüb
Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 1-də bu ölkənin Baş naziri cənab Temir Sariyevlə görüşüb. Görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafından razı qaldıqları bildirilib, müxtəlif strukturlar, o cümlədən müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib və bu cür əlaqələrin mövcud siyasi, iqtisadi, mədəni münasibətlərin tərəqqisi üçün yeni imkanlar açması ifadə edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan cənab T.Sariyev münaqişənin tez bir zamanda sülh və siyasi yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu xüsusi vurğulayıb.
“Münasibətlərimiz yalnız ikitərəfli deyil, həm də BMT, ATƏT və digər təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişaf edir. Hərbi əməkdaşlıq Qırğızıstan-Azərbaycan münasibətlərinin bütün spektrinin ən mühüm elementlərindən biridir və biz bu səmərəli əməkdaşlığın gücləndirilməsində və inkişafında maraqlıyıq”, - deyə T.Sariyev bildirib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov iki ölkənin hərbi sahədə, o cümlədən ordu quruculuğu və hərbi təhsil məsələlərində əlaqələrinin daha da genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.