banner
banner

Dünya

İraq ordusu İŞİD-i məyus etdi

İraq ordusu İŞİD-i məyus etdi

İraq ordusu İŞİD terrorçu qruplaşmasına qarşı döyüşlərdə üstünlük əldə edib.

ANS PRESS-in məlumatına görə, ordu qüvvələri Bayci şəhərində silahlılara qarşı gün ərzində intensiv döyüşlər aparıb. Əməliyyatlar nəticəsində şəhərdə strateji obyektlərdən hesab olunan neftayırma zavoduna nəzarət bərpa olunub. İndiyə qədər İraq ordusu Bayci şəhərini geri qaytarmaq üçün dəfələrlə cəhdlər göstərmişdi. İraqın müdafiə nazirliyi sonuncu cəhdlərin uğurlu olduğunu məruz edib.

Rəsmi Bağdad döyüşlərə könüllü qatılmaq isətəyən həmvətənlərin silahlandırılacağına söz verib.

“Tayfaların silahlandırılması prosesi bu gündən başlayıb. Biz könüllülərin siyahılarını qəbul etməyə və onların mövqelərini lazımi təchizatlarla təmin etməyə, həmçinin, nəqliyyat dəstəyi göstərməyə hazırıq” - deyə İraq parlamentinin spikeri Salim əl-Ciburi qeyd edib.

İŞİD-ə qarşı mübarizədə Suriyada da müəyyən irəliləyiş olub. Belə ki, Kobani şəhərində kürd döyüşçülər İŞİD-in silah arteriyası hesab olunan əsas magistrallardan birində partlayışlar törədərək yolu dağıdıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.