banner
banner

Dünya

İŞİD sərhəd qapısına doğru hərəkət edir: Türkiyə ŞOKDA

İŞİD sərhəd qapısına doğru hərəkət edir:
İŞİD terror təşkilatı Suriya və Türkiyə arasında yerləşən Öncüpınar sərhəd qapısını ələ keçirmək üzrədir.
Terror təşkilatı Türkiyənin cənubundakı Kilis şəhəri isə Suriyanın şimalındakı Hələb şəhəri arasında yerləşən  sərhəd qapısının yaxınlığındakı bəzi bölgələri ələ keçirib.
İŞİD silahlılarının hazırda Türkiyə sərhədinə doğru hərəkət etdiyi bildirilir. Son xəbərlərə görə, terror təşkilatı Suriya prezidenti Bəşər Əsədi devirmək üçün vuruşan Şamiye Cəbhəsi ilə döyüşlərdən sonra Soran Azaz qəsəbəsi və yaxınlıqda yerləşən digər iki qəsəbəni ələ keçirib.
Şamiye Cəbhəsinin komandirlərindən olan Əbu Bəkr bildirib ki, Türkiyə ilə Hələb arasındakı əsas yolun üzərində yerləşən qəsəbənin İŞİD-in əlinə keçməsi müxalifət üçün böyük zərbədir.
Suriya İnsan Haqları Təşkilatı İŞİD-in bir sonrakı hədəfinin Azaz şəhəri ola biləcəyinə diqqət çəkir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.