Qərb mediasında müğənni Rihannanın yeni sevgi romanı haqda şayiələr yayılıb. Cia.az-ın məlumatına görə, ifaçının yeni sevgilisinin "Real Madrid" və Fransa yığmasının futbolçusu Kərim Benzema olduğu söylənilir. 27 yaşda olan Rihanna və Kərim Nyu-Yorkda səhər saat 6-da bir kafedən çıxarkən görüntüləniblər. Bu saata qədər isə cütlük gecə klublarından birində əylənib.
Qeyd edək ki, futbolçu və barbadoslu müğənni arasında tanışlıq keçən ilin iyunundan məlumdur. Tvitterdə Benzemanı izləyən Rihanna Dünya Çempionatı vaxtı ona dəstək də olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.