banner
banner

Sosİal

Gündəmi silkələyən TQDK-nın statistikası- Ekspertdən açıqlama

Gündəmi silkələyən TQDK-nın statistikası-

Bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əvvəlki illərin məzunu olan abituriyentlərlə bağlı açıqladığı imtahan nəticələri müzakirə olunur. Qeyd edək ki, TQDK-nın açıqladığı siyahıda nəticələr heç də ürəkaçan deyil və həmin statistikaya görə, məzunların böyük əksəriyyəti aşağı nəticə əldə edib. 

Beləliklə, I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etsə də, onlardan 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.

II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak etsə də, 6107 nəfər 0-200 bal toplayıb.  Bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.

III ixtisas qrupu üzrə imtahanda 7812 abituriyentdən 5878-i 0-200 bal yığıb ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.

IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etsə də, 1859 nəfəri 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Təhsil eksperti Şahlar Əsgərov bildirib ki, bəzən bilərəkdən və ya bilməyərəkdən bir şey unudulur ki, bu məzunlar adından da göründüyü kimi, əvvəlki illərdə ümumtəhsil məktəblərini bitiriblər:

 “Təbii ki, onlar məktəbi  bitirdikləri illərdə əldə etdikləri imtahan göstəricilər yüksək olsaydı elə həmin vaxtda ali məktəblərə  qəbul olunardılar.

Bəs orta məktəbi 2, 3, 4, 5 və daha çox il bundan öncə bitirən gəncin indiki anlamda bilik göstəricisinə daha çox kim cavabdeh olmalıdır? Məktəb, yoxsa məzunun özünün fərdi hazırlığı? Əlbəttə ki, sualın çox sadə cavabı var. Burada adi məntiqlə düşünən insan üçün bir şey aydındır ki, əvvəlki illərdə məktəbi TQDK-nın meyarı ilə desək, 0-200 intervalında bal toplayan gənc 2, 3 il sonra vunderkind olmayacaq, əksinə köhnə baqajla bilik göstəricisinin kiçik istisnalarla daha aşağı olmasa təbiidir. Bu statistika ilə təhsilin inkişafına ümumi diaqnoz qoymaq məntiqi düşüncənin məhsulu ola bilməz və subyektiv rəy hesab oluna bilər.

Bir neçə il öncə orta məktəbi bitirib ali məktəblərə girməyənlərin bugünkü biliyinə əsaslanıb təhsilin bugünkü səviyyəsi haqqında nəticə çıxarmaq qüsurludur”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.