İsveç millisinin və Fransanın "Paris Saint Germain" klubunun ulduz futbolçusu Zlatan İbrahimoviçin Azərbaycan səfəri davam edir. Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə Bakıya gələn 33 yaşlı ulduz futbolçu ötən gün Şamaxıda kabab süfrəsi arxasında əyləşib. Milli yeməklərimizdən dadan idmançı ölkəmizə heyran qaldığını deyib.
Ölkəmizdə qalacağı bir həftə ərzində Z.İbrahimoviç bu gün Qəbələdə olacaq və buranın zəngin təbiəti ilə tanış olacaq, dostları ilə istirahət edəcək.
AFFA-nın baş katibi Elxan Məmmədov ötən gün keçirdiyi brifinqdə isveçli futbolçunun Azərbaycana gəlməsi haqqında danışıb və deyib ki, AFFA-da isveçli ulduzun Azərbaycana gəlməsi haqqında məlumat olmayıb: "Xəbərimiz olsaydı, bundan istifadə edib hansısa tədbir və ya layihə təşkil edərdik. Onu da nəzərə alaq ki, Bakı şəhəri Avropanın idman mərkəzinə çevrilib. İndi normal haldır ki, hansısa futbol ulduzu Azərbaycana gəlib. Kimsə dincəlməyə, kimsə öz dostlarını görməyə, kimsə iş üçün gəlir."
Xatırladaq ki, Z.İbrahimoviç İstanbul aeroportunda Türkiyənin "Milliyet" qəzetinin "Galatasaray"a gələcəksizmi" sualına belə cavab verib: "Xeyir, gəlmirəm. İstanbula Azərbaycana getmək üçün gəldim. Qolf oynamağa gedirəm."
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.