BBC telekanalı Böyük Britaniya kraliçası II Yelizavetadan üzr istəyib. Kanalın Ahmen Kavayya adlı jurnalisti Tvitterdə 89 yaşlı kraliçanın bu gün vəfat etdiyini yazıb. Xəbər qısa müddətdə nüfuzlu media orqanlarında yayılıb. Lakin Bukingem sarayının mətbuat xidməti xəbəri təkzib edərək kraliçanın xəstəxanaya sadəcə müayinə üçün getdiyini açıqlayıb.
Bundan sonra qadın jurnalist paylaşdığı tvitləri silərək səhv etdiyini yazıb. BBC isə əməkdaşının işinə hələ davam edib-etməyəcəyi ilə açıqlama verməsə də, rəsmi şəkildə İngiltərə kraliçasından üzr istəmək məcburiyyətində qalıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.