banner
banner

Sosİal

Dini icma ləğv edildi

Dini icma ləğv edildi

Azərbaycanda məhkəmə dini icmanın dövlət qeydiyyatını ləğv edib.

CİA.Az “Report”a istinadən xəbər verir ki, “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının qeydiyyatı ləğv olunub. Belə ki, bir müddət əvvəl Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının qeydiyyatının ləğv olunmasını xahiş edib. Məhkəmə iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Lakin icma Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın sədrliyilə keçirilən prosesin yekununda “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının şikayəti təmin edilməyib, yəni, icmanın dövlət qeydiyyatının ləğv olunması ilə bağlı qərarı qüvvədə qalıb. Beləliklə, sonuncu instansiyanın qərarından sonra dini icmanın rəsmi dövlət qeydiyyatı ləğv edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.