Türkiyə Şanlıurfa vilayətinin Ceylanpınar rayonu ilə həmsərhəd Suriyanın Rsuleyn şəhərində İŞİD terrorçuları kamikadze hücumu həyata keçiriblər. Cia.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata körə, avtomobillə həyata keçirilən kamikadze hücumun hədəfi peşmergələrə aid nəzarət-buraxılış məntəqəsi olub. Güclü partlayış səsi Ceylanpınarda da eşidilib və sakinlər təşvişə düşüblər. Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumt verilməsə də hadisə yerinə çox sayda peşmərgə qüvvələri cəlb olunub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.