banner
banner

Sosİal

"Rəşid Mahmudov özünü müalicə etsin"

"Rəşid Mahmudov özünü müalicə etsin"

“Rəşid Mahmudov getsin, xəstələrini deyil, özünü müalicə etsin”.
Bunu aznews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Elçin Əhmədov deyib.
O vurğulayıb ki, R.Mahmudov hələ “mütrif” sözünün mənasını bilmir:
“Mütrif sözü tamam başqa mənadadır. Biz kişili-qadınlı hamımız pis yola gedənik? Onda belə çıxır ki, əməkdar və xalq artisti fəxri adı küçədə qalan, pis yola gedənlərə verilir? Rəşid müəllim fikirləşmir ki, bu cinayətdir? Çox təəssüf edirəm. Buna bizdən əvvəl Teatr Xadimləri İttifaqı cavab verməli idi. Amma vermədilər. Çox heyif. Bu teatrda, sənətdə kişilər olub. O kişilər indi də var. Hələ mərd qadını da var. O bilmir, nə danışır. Necə olur ki, baş prokurorluq buna göz yumur. Azərbaycan mədəniyyətini təhqir edən adama cinayət işi açılmır”.
Əməkdar artist Elxan Quliyev isə deyib ki, Rəşid Mahmudova işlətdiyi ifadəyə görə ayıb olsun: “Rəşid getsin, Maştağaya, orada onu hər tərəfli müalicə edəcəklər”.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov müğənnilər Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqalın efirdə yayımlanmasına görə telekanalları qınayıb.
O, “Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı da pis yola gedəndir. Çünki onlar bizim xalqın milli mentalitetinə uyğun olmayan adamlardır. Mən onlar haqqında fikir də söyləmək istəmirəm” sözlərini deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.