banner
banner

Sosİal

Rəssam uşaqlardan qocalar evinə böyük dəstək

Rəssam uşaqlardan qocalar evinə böyük dəstək

Təhsil Nazirliyi bu gün “Bizim böyük ailəmiz” adlı xeyriyyə tədbiri keçirib.

Bu humanitar aksiyada 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işləri nümayiş olunur.

Tədbirə təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri Səməd Seyidov, Zahid Oruc, Hadı Rəcəbli, təhsil ekspertləri və digərləri qatılıb.

Mikayıl Cabbarov çıxışında bildirib ki, indiyədək 348 uşaq öz ailələrinə və yaxın qohumlarının himayəsinə verilib. 589 uşağın isə internata verilməsinin qarşısı alınıb. Dövlət uşaq müəssisələrində alternativ xidmət yaradılıb, nazirliyin tabeliyində 10 qız uşağı üçün ailə tipli kiçik qrup evi fəaliyyətə başlayıb.

Nazir həmçinin uşaq müəssislərinə transformasiyası haqqında danışıb və bildirib ki, baş plana uyğun olaraq 12 internat məktəbi peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub.

Qeyd edək ki, xeyriyyə tədbirindən əldə olunan vəsait qocalar evinə veriləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.