banner
banner

Gündəm

Bakı 2015-i kim pulsuz izləyə bilər?

Bakı 2015-i kim pulsuz izləyə bilər?

Bakıda keçiriləcək I Avropa Oyunlarını izləmək üçün uşaq və fiziki qüsurlu əlillər üçün xüsusi imkanlar yaradılıb. Bakı 2015 Təşkilat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin istifadəsinə lazımi olan bütün vasitələr yaradılıb. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək.

Görülən işlər nəticəsində əlilliyi olan və ya yaşlı insanlar da daxil olmaqla bütün tamaşaçılar, Bakı 2015 Avropa Oyunlarının mərasimlərindən, idman yarışlarından zövq ala bilərlər. Onlar və müşaiyət edən şəxslər müvafiq nəqliyyat vasitələrilə arenalara çatdırılmaq üçün ictimai nəqliyyatla əlaqəsi olan avtodayanacaqlar yaradılıb. Əlil və yaşlı insanların nəqliyyat vasitəsindən asan düşməsi üçün şərait yaradılacaq. Eləcə də, ayaqyoluları, xüsusi ayrılmış ərazilər və məhsulların satıldığı mərkəzlər, rahat oturacaqlarla təmin olunurlar.
Qeyd edək ki, Avropa Oyunları ilə bağlı 280-dən çox yarış sessiyası üçün təxminən 600 min bilet satışı nəzərdə tutulub. Uşaq və əlil insanlar üçün isə biletlər pulsuz olacaq. Oyunları 16 yaşdan aşağı uşaqlar valideynlərindən birilə pulsuz izləyə bilər. Bir valideyn oyuna 4 uşaq gətirə bilər. 

Fiziki qüsuru olan insanlara da pulsuz biletlər veriləcək. Fiziki qüsurlular, əsasən də gəzə bilməyən əlilləri müşayiət edən bir nəfərə də pulsuz bilet veriləcək. Uşaqlar və ya fiziki qüsurlu tamaşaçılar üçün pulsuz biletlər yalnız Şəhər Bilet Satışı Kassalarından və Oyunlar vaxtı Yarış Obyektində olan Bilet Satışı Kassalarından əldə edilə bilər. Fiziki qüsurlu şəxslər onları müşayət edən insanın və təşkilat komitəsi əməkdaşlarının köməyilə həmin sektorlarda yerləşdiriləcəklər.

Qeyd edək ki, Milli Gimnastika Arenası (Gimnastika sessiyaları) və Heydər Əliyev adına İdman Arenası (Cüdo, Güləş və Sambo) istisna olmaqla əksər idman tədbirlərinə 2-16 yaşlı uşaqlar üçün pulsuz biletlər nəzərdə tutulur. Belə biletləri əvvəlcədən sifariş etməyə ehtiyac yoxdur. Bu biletləri Şəhər Bilet Satışı Məntəqələrindən və Yarış Obyektində olan Bilet Kassalarından əldə etmək mümkündür. Pulsuz biletləri almaq üçün doğum haqqında şəhadətnamə tələb olunacaq.

Mərasimlərdə uşaqlar üçün xüsusi biletlər nəzərdə tutulmur. Burada iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Lakin gur musiqi səsi və digər səslər səbəbilə yeddi yaşdan aşağı uşaqların iştirakı tövsiyə olunmur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.