Hacı İbrahim Nehrəmli: “5 il çörək qazanıb, indi isə ...”
“Avesta Konserni” MMC-nin işçilərinə maaş verilməməsi barədə kütləvi infrmasiya vasitələrində məlumatlar yayılıb.
Şirkətin keçmiş mühasibi Sabirə Sadıqova media vasitəsilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağırıb. O, hökumətdən qanunsuzluğun aradan qaldırılmasına kömək göstərilməsini xahiş edib. Onun sözlərinə görə, işçilər 2015-ci ildən maaşlarını vaxtında ala bilmirlər.
Məsələ aydınlıq gətirmək üçün “Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli ilə əlaqə saxladıq. Sahibkar ANS PRESS-ə açıqlamasında bildirib ki, əslində həmin işçi məsələni şişirdir.
“Gərək öz dilindən danışsın. Şirkətdə 5 ildir işləyir. Bu vaxta qədər çörək qazanıb. Heç vaxt işçilərin pullarını gecikdirməmişəm. Sadəcə son vaxtlar baş verən hadisələrlə bağlı həmin mühasibin maaşı bir az gecikdirilib. Ona 1800 manat verilməlidir. Pulu artıq hazırdır. Şəxsən mənimlə əlaqə yarada bilərdi. Niyə mətbuata çıxıb, məsələni şişirdir bilmirəm. Gəlsin pulunu aparsın da”, - deyə Hacı İbrahim Nehrəmli bildirib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.