banner
banner

Sosİal

Nazirdən fermerlərə xəbər var

Nazirdən fermerlərə xəbər var

Kənd Təsərrüfatı Nazirliyi istifadəsiz torpaqların sahiblərinə qarşı cərimələrin tətbiq edilməsi məsələsinə aydınlıq gətirib. 
Nazir Heydər Əsədov heç də bütün vətəndaşların cərimə olunmayacağını qeyd edib. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirir ki, istifadəsiz torpaqlar deyərkən dincə qoyulmuş sahələr nəzərdə tutulmur. Ona görə də bir il ərzində dincə qoyulan əkin sahələrinin sahiblərinə qarşı hər hansı cərimədən söhbət gedə bilməz. Artıq nazirlik istifadəsiz torpaqların müəyyən edilməsi ilə bağlı monitorinqləri yekunlaşdırıb və nəticələr hökumətə təqdim olunub. 

Nazir deyir ki, cərimələrin tətbiqi dünya praktikasına əsaslanacaq: "Bir ildən sonra artan yekun cərimələrin tətbiqi nəzərdə tutulur və cərimələri ödəməyən torpaqlara cərimələrin əmlaka yönəldilməsi planlaşdırılır. Bu, Avropa ölkələrində olduğu bir qaydadır, onların bir neçəsində əmlakın geri alınması, bizim konstitusiyada qadağandır. Digərlərində cərimələrin həcminin bir neçə dəfə artırılması, digərində əmlaka yönəldilməsi və s.variantlar tətbiq olunur. 

Xatırladaq ki, dövlət başçısının istifadəsiz torpaqların əkinə cəlb edilməsi ilə bağlı tapşırıqlarından sonra bunun mexanizmi kimi kənd təsərrüfatı nazirliyi cərimə metodunu seçib. Lakin bu, heç də birmənalı qarşılanmayıb. Bəzi mütəxəssislər qadağa vasitələrindən yox, stimullaşdırıcı üsullardan istifadəni zəruri sayır. Son qərarı isə Nazirlər Kabineti verəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.