banner
banner

Sosİal

İmtahan nəticələri elan edildi

İmtahan nəticələri elan edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahan nəticələrini elan edib.
Cia.az-ın komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticələr iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan və mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanında iştirak edən şagirdlərə aiddir.

İmtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Xatırladaq ki, növbəti buraxılış imtahanları iyunun 6-da Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt, Abşeron, 11-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən, 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Füzuli, Beyləqanda olacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.