Binəqədi rayonu, Azadlıq prospektindəki 16 mərtəbəli binada mayın 19-da baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra bina yararsız hala düşdü.
Buna görə də binanın təmir olunub istifadəyə tam yararlı hala gətirilməsi üçün Nazirlər Kabineti tərəfindən 3 milyon manat vəsait ayrıldı.
Təmir zamanı isə bina qarşısındakı yolla hərəkət edən piyadaların təhlükəsizliyi nəzərə alınmır.
Tikinti gedən ərazidə qoruyucu çətir çəkilməyib.
Bina ərazisinə kənar şəxslərin girişinə mane olan taxta lövhələr vurulub. Səkidə dayanan polis əməkdaşları piyadaların binadan xeyli kənarda getməsinə nəzarət edir. Amma yuxarıdan düşə biləcək hər hansı tikinti materialından, əşyadan qorunmaq üçün xüsusi örtük yoxdur.
Bir sözlə, binanın qarşısındakı səki ilə getmək mümkün deyil, daha doğrusu, təhlükəlidir. Vəziyyəti ağırlaşdıran başqa bir problem isə odur ki, səkinin o biri tərəfi maşın yoludur. Yəni burada piyadaların keçib getməsi üçün faktiki olaraq heç bir imkan yoxdur.
Binanın tikintisi “Azəraqrartikinti” ASC-yə həvalə olunub.
Məsələyə aydınlıq gətirmək üçün ASC-nin rəhbəri Ağalar Vəliyevlə əlaqə saxlamağa çalışsaq da suallarımıza cavab ala bilmədik.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.