banner
banner

Sosİal

İçərişəhərə maşın buraxılmayacaq - Xəbərdarlıq

İçərişəhərə maşın buraxılmayacaq -
"Bakı-2015" ilk Avropa Oyunlarının məşəl səfəri iyunun 12-də keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl Bakı şəhərində, o cümlədən də İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.
Bu barədə məlumatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yayıb.
Məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız Qalasında saxlanılacaq. İyunun 9-da məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmiş qədim İçərişəhərə gətiriləcək.
 
"Bakı-2015" məşəlinin İçərişəhərdə səyahəti 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxacaq.
 
Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.
 
"Bakı-2015" məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyunun 8-9-da İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. "Bakı-2015" məşəli iyunun 11-də Qız Qalasından götürülərək iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına aparılacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.