banner
banner

Gündəm

“Qurtuluş günü” əfv olacaqmı?

“Qurtuluş günü” əfv olacaqmı?

Çingiz Qənizadə: “Prezidentin belə bir sərəncam verəcəyini gözləyirəm”; Novella Cəfəroğlu: “Yaxınlarda mütləq olacaq”

Məlum olduğu kimi, may ayında gözlənilən əfv reallaşmadı. Artıq ümidlər Avropa Oyunları və 15 iyun Qurtuluş gününə qalıb. Hüquq müdafiəçiləri bu ərəfədə əfv sərəncamının imzalanacağı qənaətindədirlər. Qarşıdan bütün Avropanın diqqətində olacaq Avropa Oyunlarının gəldiyini nəzərə alsaq, müəyyən qədər ümidlər var. 

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənəniyarlı interpress.az-a açıqlamasında Avropa Oyunlarının davam edəcəyi 15 iyunda əfv sərəncamının mümkünlüyünü istisna etməyib: “Biz əfv gözləyirik. Əslində biz hər gün bunu gözləyirik. Fəaliyyətimiz də ancaq buna istiqamətlənib. Hər bir məhbusun azad edilməsi ailəsi üçün böyük sevincdir”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə əfv ola biləcəyi ehtimallarından danışdı: “Bu cənab prezidentin müstəsna hüququdur. Əfvi verə də bilər, verməyə də. Biz sadəcə arzulayırıq. Söz-söhbətlər gedir ki, qarşıdan gələn Avropa Oyunları və 15 iyun Qurtuluş günü ilə bağlı əfv verilə bilər. Hüquq müdafiəçisi kimi bunu çox istəyərəm. 
 
Həmişə olduğu kimi, yenə də cənab prezidentin humanizm nöqteyi-nəzərdən belə bir sərəncam verəcəyini gözləyirəm. Nə vaxt verilməsindən asılı olmayaraq, hüquq müdafiəçiləri olaraq, daim belə addımları müsbət qiymətləndiririk. Müzakirələrimiz davam edir. İşçi Qrupunda işləri daha çox komissiya üzvləri həyata keçirir. Hətta komissiya üzvləri belə deyə bilməz ki, əfv olacaq. Bu hüquq prezidentindir. İstədiyi vaxt həyata keçirə bilər. 
 
Müəyyən məhbuslar var ki, İşçi Qrupunda müzakirə olunur. Cənab prezident müraciətlərə həssas yanaşır. Hazırda bir sıra müraciətlər var. İnanıram ki, bəhrəsi olacaq. Millət vəkili olduğumdan çoxlu sayda müraciətlər var. Əsaslı olanlarını, yəni xəstə, cəzasının yarısını çəkmiş məhbuslardan ibarət 10 nəfərlik siyahını Əfv Komissiyasına göndərirəm. Hər şey ola bilər. Ümidləri kəsmək olmaz. Arzulayırıq ki, əfv olsun".
 
İşçi Qrupunun üzvü Novella Cəfəroğlu əfvə ümidlərinin daim olduğunu söylədi: “Heç zaman ümidsiz olmamışıq. Amma nə vaxt olacağını bilmirik. Sözsüz ki, yaxınlarda mütləq olacaq. İşlərimizi çoxdan yekunlaşdırmışıq. Siyahılarımızı vermişik, aidiyyəti şəxslərlə görüşmüşük. İşçi Qrupu işlərini başa çatdırıb. Yenə də müntəzəm danışıqlarımız olacaq”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.