banner
banner

Şou

Özcan Dənizdən gözlənilməz jest

Özcan Dənizdən gözlənilməz jest

Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz maraqlı bir addım atıb.
Çox sayda filmdə rol alan sənətçi qazandıqları pulu biznesə yatırmağa başlayıb. Ancaq müğənnini bu addımı atmağa bir hadisə vadar edib. Belə ki, müğənni lüks cipini İstanbulda yaşadığı evin yaxınlığındakı avtomobillərin təmiri emalatxanasına aparıb. 

Hər zaman getdiyi emalatxanada çalışan ustanın işdən çıxdığını eşidən Özcan çox pis olub. Sənətçi həmin usta ilə çox yaxın olub. Tez-tez bu ustanın yanına gedib söhbət edən müğənni onun işsiz qaldığını eşitdikdən sonra həmin emalatxana yaxınlığında avtomobillər üçün servis açıb. İşsiz qalan həmin ustanı isə servisdə işə götürüb. Müğənni yeni biznesinə görə illik 600 min dollar məbləğində icarə haqqı ödəyib. 

Ustadan servisə nəzarət etməsini istəyən sənətçi gözlənilməz bir jest daha edib. Özcan Dəniz avtomobil servisinin 35%-lik hissəsini ustaya hədiyyə edib. Biznes sahəsinə sürətli giriş edən müğənni duyğusal jesti ilə digər məşhur şəxslərə də nümunə olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.