banner
banner

Gündəm

Professorlar TQDK ilə razılaşmır

Professorlar TQDK ilə razılaşmır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) buraxılış imtahanlarının nəticələri ilə bağlı açıqlaması qızğın ictimai müzakirələrə səbəb olub.

Qeyd edək ki, IX sinif üzrə ana dili fənindən 86,5 faiz, riyaziyyatdan isə 86 faizə yaxın şagird müvəffəq qiymət alıb. XI sinif üzrə ana dili fənindən 91,2 faiz, riyaziyyat fənindən 92,5 faiz, ingilis dili fənindən isə 93,5 faiz məzunun qiyməti yaxşı olub. 

Virtualaz.org saytı məsələ ilə bağlı təhsil üzrə ekspertlərin fikirlərini öyrənib.

Professor Şahlar Əsgərov deyir ki, buraxılış imtahanlarının nəticələrinin neqativ fonda göstərilməsi doğru deyil: “Birincisi, həmin nəticələrdə göstərilən “2” və “3” qiymətlərinin faiz göstəricilərinin birlikdə götürülməsinin heç bir elmi əsası yoxdur. “3” alan şagirdlər kafi bilik səviyyəsinə malikdir və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil. İkincisi, dünyanın bir çox təhsil sistemlərində də sagirdlərin 10-30 faizi orta təhsil səviyyəsini bitirə bilmir. Amma Bakı şəhərində tam orta təhsil səviyyəsini ana dili  fənni üzrə hər 5 şagirddən biri, riyaziyyat fənnindən hər 4 şagirddən biri, ingilis dili fənni üzrə hər 3 şagirddən biri əla qiymətlərlə bitirib. Sadəcə olaraq faktı və rəqəmi necə çatdırmaqdan çox şey asılıdır. Uzun illər ərzində mediada imtahan nəticələrinin neqativ fonda tirajlanması siyasəti məzunların müsbət göstəricilərinə kölgə salır”.

Şahlar Əsgərov

Təhsilin keyfiyyəti haqqında ictimaiyyəti tam və düzgün məlumatlandırmaq üçün TQDK tərəfindən keçirilən imtahanların sualları, şagirdlərin bu suallara verdiyi cavablarla bağlı statistika, nəticələrə təsir edən müxtəlif amillər haqqında məlumat təqdim edilimir.

Professor Əsgərov deyir ki, bu halda təhsilin keyfiyyəti haqqında ictimaiyyətdə elmi əsası olmayan pessimist təəssürat formalaşır: “Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrin şərhi üçün prosesin tam yekunlaşmasını gözləməyi düzgün hesab edir. Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil”.

Əjdər Ağayev

Professor Əjdər Ağayev isə hesab edir ki,  TQDK-nın imtahanlarının ötən günkü nəticələrinə əsasən 11-ci sinif məzunları ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilirlər. Belə ki, ümumilikdə məzunların ana dili fənni üzrə 20,8 faizi “5” aldığı halda ingilis dili fənni üzrə 28,2 faiz məzun “əla” qiymət alıb. Ümumilkdə, ana dili fənni üzrə “2” alanların sayı ingilis dili üzrə “2” alanların sayından daha çoxdur ki, bu da bir sıra suallar yaradır.

Professorun fikrincə, belə bir absurd nəticənin səbəbi TQDK tərəfindən imtahanların çətinlik səviyyəsinin müxtəlif olmasıdır: “Subyektiv səbəblərdən TQDK müxtəlif illərdə çətinlik  səviyyəsinə görə fərqlənən imtahanlar keçirir. XI sinif məzunlarının ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilməsi inandırıcı görünmür. Bu halda buraxılış imtahanlarının nəticələrinin təhsilin keyfiyyət göstəricisi kimi qəbul edilməsi doğru deyil”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.