banner
banner

Gündəm

Avropa Oyunlarının məşəli Xırdalanda - FOTOLAR

Avropa Oyunlarının məşəli Xırdalanda -

Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli iyunun 5-də axşam saatlarında Xırdalan şəhərinə gətirilib.

Cia.az-ın məlumatına görə, məşəl Xırdalan şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.

Kunq-fu idman növü üzrə dördqat dünya, ikiqat Avropa çempionu, əməkdar idman ustası Ramiz Yaqnəliyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

Sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə 2,5 kilometr məsafə qət ediblər. Sonuncu məşəlçi, kunq-fu idman növü üzrə Avropa və dördqat dünya çempionu Rövşən Həşimov Heydər Əliyev parkında quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb.

Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx təqdim olunub.

Bununla da birinci Avropa Oyunlarının məşəli bölgələrimizə səfərini uğurla başa çatdırdı. Məşəl estafeti Bakıda davam etdiriləcək.

 
 


 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.