banner
banner

Gündəm

Siyavuş Novruzovdan “Facebook” açıqlaması- “O hesab mənim deyil, saxtadır...”

Siyavuş Novruzovdan “Facebook” açıqlaması-

“Sosial şəbəkələrdə - istər “Facebook” da, istərsə “Twitter”də, o cümlədən digərlərində heç bir ünvanım, hesabım, yaxud da profilim yoxdur. Mən ümumiyyətlə, sosial şəbəkə istifadəçisi deyiləm”. 

Cia.az xəbər verir ki, bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə onun adından verilən fikirlərə münasibətini bildirərkən deyib.

 YAP İcra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa həmin fikirlərini yalnız mətbuat  vasitəsilə ictimai rəyə çatdırır: “Azərbaycanda kifayət qədər mətbuat orqanları fəaliyyət göstərir. Bu və ya digər məsələlər barədə kim fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və maraqlandırılan suallara mənim tərəfimdən kfayət qədər dolğun cavab verilir. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı “rəylər”, “qeydlər” olursa, hər kəs 100 faiz əmin olsun ki, bu saxtakarların işidir. Biriləri adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək”.

Qeyd edək ki, Siyavuş Novruzovun adına açılan hesabda tez-tez statular paylaşılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.