Bakıda "paralel yapı" qalmaqalı: imtahan ləğv edildi
Azərbaycanda Türkiyədə yaşayan əcnəbilərin xaricdə təhsil almaları üçün məcburi olan əcnəbi tələbələr üçün imtahan (YÖS) ləğv edilib. Cia.az-ın yossinavi.com-a istinadən verdiyi məlumata görə, buna imtahan suallarının “paralel yapı”ya aid olduğu bildirilən (Türkiyədə Fətullah Gülən tərəfdarlarının "paralel hakimiyyət” planları) şəxslərə paylandığı ilə bağlı iddia səbəb olub. İddianı Süleyman Dəmirəl Universitetinin rektoru İlker Heseyin Çarıkçı qaldırıb. İlker Çarıkçının YÖS kordinatoru olaraq seçdiyi Haluk Songur imtahan verən şəxslərin əksəriyyətinin "paralel yapı"ya aid olduğu bildirilən ev və yataqxanalarda yaşadıqlarını müəyyənləşdirib. Songur imtahan verən tələbələrin bəzilərinin onlara sual kitabçaları verildikdən sonra "bizə yanlış kitabça verildi" reaksiyalarından şübhələndiklərini bildirib. YÖS imtahanlarının Azərbaycanla yanaşı ümumilikdə Əfqanıstan, Əlcəzair, Fil Dişi Sahili, Mərakeş, Qana, Kamerun, Qazaxıstan, Keniya, Mavritanya və Nigeriyanın da aralarında olduğu 26 ölkədə ləğv edildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülən arasında münasibətlərin gərginləşməsindən sonra qardaş ölkədə “gülən şəbəkəsi”nə qarşı ciddi mübarizə başlayıb. Ərdoğan təkcə Türkiyədə deyil, Fətullah Gülənin digər ölkələrdə, o cümlədən Azərbaycanda da dayaqlarının olduğunu bildirmişdi.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.