Son dövrlərdə baş verən hadisələrə sərt reaksiya göstərməsi ilə tez-tez gündəmə gələn aktrisa Beren Saat səsvermə zamanı çəkilən fotosunu sosial şəbəkədə paylaşıb.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xalqların Demokratik Partiyasına (HDP) səs verdiyini bildirən aktrisa “Xahiş edirəm, səsvermə hüququnuzdan istifadə edin, hər səs önəmlidir” şərhini yazıb.
Ötən həftə Saat Diyarbakırda mitinq əsnasında meydana gələn partlayışla əlaqədar “Nə olar, HDP-ni hədəf göstərməyin” şərhini yazmış, sərt reaksiya ilə üzləşdiyi üçün paylaşımını silmək məcburiyyətində qalmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.