banner
banner

Sosİal

Qəbələdə torpaq sürüşməsi oldu

Qəbələdə torpaq sürüşməsi oldu

Ötən gecədən Qəbələ rayonuna yağan güclü leysan nəticəsində bəzi ərazilərdə torpaq sürüşməsi baş verib. Bu barədə rayon sakinləri məlumat veriblər.

Hadisə şahidlərinin sözlərinə görə, yağan yağış nəticəsində yol kənarındakı torpaq sürüşüb. Sürüşmə nəticəsində ağaclar kökündən çıxıb. 

Məsələyə aydınlıq gətirmək üçün Qəbələ rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qəbələ rayon icra başçısının birinci müavini, fövqəladə hallar komisiyyasının sədri Abil Ağasəfov ANS PRESS-ə açıqlamasında bildirdi ki, əslində həmin ərazilərdə torpaq sürüşməsi birinci hal deyil. Onun sözlərinə görə, yaxış yağan kimi torpaqda boşalma olur.

Qurum rəsmisi bunun əhali üçün təhlükəsiz olduğunu bildirib.

“Həmin ərazilərə baxış keçirilib. Heç bir təhlükə yoxdur. Bir neçə ağac kökündən çıxıb. Onları yenidən əkəcəyik. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür”, - deyə Abil Ağasəfov bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.